2021/09/elshe-1632220692.jpg

line
Soyad: Aslanov
Ad: Elşən
Ata adı: Alxas
Doğum tarixi: 29.09.1999
Şəhid olub: 22.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Aslanov Elşən Alxas oğlu 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 N-li tam orta məktəbdə alıb.

İkinci Qarabağ savaşının könüllülərindəndir. Füzuli və Cəbrayıl kəndlərinin işğaldan azad edilməsində qəhramanca döyüşüb. 22 noyabr 2020-ci il tarixində Cəbrayıl-Qubadlı istiqamətində Vətən uğrunda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.