2021/05/Scree-1621321141.jpg

line
Adı: Fətəliyev
Soyadı: Rahib
Ata adı: Pənah
Doğum tarixi: 10.07.1978
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı
Rahib Pənah oğlu Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində vuruşub. Ailəli idi, bir oğlu və bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun çavuşu Rahib Fətəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və müharibənin elə ilk günü şəhid olub. Şəhid çavuşun nəşi uzun müddət keçdikdən sonra - dekabr ayının 5-də tapılaraq ailəsinə təhvil verilib. Şəhidimiz Beyləqan rayonunun Bolsulu qəsəbəsində dəfn edilib.

Füzuli istiqamətində ağır döyüşlərə qatılan Rahibdən elə müharibənin ilk günündən ailəsi xəbər tuta bilməyib. Şəhidin övladı Rahil Fətəliyev atası ilə son danışığını belə xatırlayır:

“Şəhid atam döyüşlərdə zirehli texnika idarə edirmiş. Elə son sözü də döyüş yoldaşlarına o olub ki, bu texnikanın son dayanacağı Şuşa olmalıdır! ”.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəsur döyüşçü” medalı, həmçinin Azərbaycanın Füzuli, Ağdam rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə", “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.