2021/05/elnur-1621322861.jpg

line
Adı: Elnur
Soyadı: Şirinzadə
Ata adı: Xalıqverdi
Doğum tarixi: 10.02.1998
Şəhid olub: 07.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Elnur Şirinzadə 1998-ci il fevral 10-da Yevlax rayonunda anadan olub. 2003-cu ildə Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbin rus bölməsinə daxil olub. 2013-cu ildə orta təhsilini başa vurub. 2014-cu ildə Ağdam Sosial İqtisad kollecinin Yol hərəkətinin təşkilifakultəsinə qəbul olub. 2018-ci ildə təhsilini başa vurub. 2020-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.

Hərbi xidmətini Hacıqabul rayon Nsaylı hərbi hissənin muhafizə bölməsində keçirib. Hərbi xidmətini 2020-ci ilin yanvar ayında başa vurub. Bir muddət mulki işlərdə işləyib. Azərbaycan Ordusunun əsgəri olan Elnur Şirinzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Oktyabrdın 7-də Talış, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. Yevlax rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinzadə ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.