Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirmiş. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.
Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
memorial.az