Vüsal Sadıqov 1997-ci ildə Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2009-cu ilin yanvar ayında Biləcəri qəsəbəsindəki Daxili Qoşunların N saylı hərbi hissəsində layiqincə qulluq etmişdir.
2016-cı il Aprel döyüşlərində fəal iştirak etmiş və bu rəşadətinə görə fəxri fərmanla təltif olunub.
Azərbaycan Ordusunun çavuşu olan Vüsal Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Vüsal Sadıqov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il15 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra
"Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.