Hikmət Qəhrəman oğlu Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanıb.
Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət edib. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 27-də şəhid olub. İki gün sonra doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Hikmət Bağırlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.