Şəhid Məmmədov Ramala komandir və zabit heyyəti tərəfindən Ramalın evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməməyi bildirsələrdə, Ramalı razı sala bilməyiblər. Döyüşlərin ilk başladığı tarixdən, könüllü olaraq ön cəbhəyə yolla düşmüşdür. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir. Ramal Məmmədov 2020-ci il oktyabrın 2-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ramal Məmmədov böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramal Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramal Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
memorial.az