44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Murad Məmmədovdur.
Murad Elşən oğlu Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. 2002–2013-cü illərdə 272 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə isə Ərciyəs Universitetində "Rus dili və ədəbiyyat" üzrə ali təhsil alıb. Təhsildə fərqləndəyi üçün təhsilinin bir ilini Bolqarıstanın Sofiya şəhərində davam edib.
Murad Məmmədov 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 20-də təlimlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Murad Elşən oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Məmmədov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.