2021/05/Scree-1621342014.jpg

line
Adı: Bədəlov
Soyadı: Səhman
Ata adı: Bəhmən
Doğum tarixi: 14.08.2001
Şəhid olub: 01.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Bədəlov Səhman Bəhmən oğlu 2000-ci il, avqustun 1-də Quba rayonunun Nütəh kəndində anadan olub. 2020-ci il, sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səhman Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səhman Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səhman Bədəlov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.