2021/05/Captu-1621344208.jpg

line
Adı: Ömər
Soyadı: Rəhimli
Ata adı: Rəşad
Doğum tarixi: 01.02.2002
Şəhid olub: 22.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
Ömər Rəşad oğlu Rəhimli (1 fevral 2002, Hindarx, Ağcabədi rayonu – 22 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Ömər Rəhimlidir.

Ömər Rəşad oğlu Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Rəhimli noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və noyabrın 22-də Bakı şəhərində Hərbi Hospitalda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.