2021/05/Captu-1621344906.jpg

line
Adı: Rəhimli
Soyadı: Baxış
Ata adı: İlqar
Doğum tarixi: 19.02.1996
Şəhid olub: 09.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Baxış Rəhimli də var.

Rəhimli Baxış İlqar oğlu 19 fevral 1996-cı ildə Bərdə rayon, Bala Qacar kəndində anadan olmuşdur. 2002-ci ildə Bərdə rayon, H.Xəliloğlu adina Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir. 2013- cü ildə həmin məktəbin məzunu olan Baxış, 2014 -cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakultəsindən həmin universitetin məzunu olmuşdur.

Universiteti bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında Hərbi xidmətə yollanmışdır. Baxış çox bacarıqlı topçu idi,bir neçə düşmən texnikasını məhv etdiyi üçün "Şərəf "ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib.

9 Noyabr 2020-ci il saat 17:00 radələrində Şuşa uğrunda gedən döyüşlərdə, müharibənin bitməsinə saatlar qalmış qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.