2021/05/sehid-8106741460.jpg

line
Adı: Atakişiyev
Soyadı: Tərlan
Ata adı: Dərgah
Doğum tarixi: 23.02.1977
Şəhid olub: 24.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı
Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Natamam orta məktəbi başa vurandan sonra ailəsi Bakıya köçüb. Burada Tərlan orta təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. Orta məktəbi bitirib, Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Səneyi Universitetinə) daxil olub. Arada 1 il möhlət götürüb, Almaniyada yaşamaq istəyir, amma yenidən geri dönür.

Ali təhsil alarkən hərbi kafedranı bitirmiş Tərlan leytenant kimi hərbi xidmətə yollanır. O illərdə istəyir həyatını hərbə bağlasın, amma alınmır.


- Uşaqlıqda revamtizması vardı, ona görə dedi, hərb mənlik deyil. Ordudan tərxis olundu, zabit kimi ehtiyata buraxıldı,- anası Həqiqət Atakişiyeva danışır,- Hərbi xidmətdən sonra kiçik bizneslə məşğul oldu, yavaş-yavaş dostlarıyla şirkət qurdular. Özü də Tərlan çox dost sevən, ünsiyyətcilidi, ailəyə sadiqidi, qohuma-əqrəbaya, hamıya canıyananıydı. Elə bayram olmazdı, gəlib bizə baş çəkməsin. Yalan olmasın, nəslimizdə belə bir uşaq, belə bir oğlan yoxudu. Tək yaraşığından söhbət getmir. Hamımıza diqqət eləyər, qayğı göstərər, ehtiyacı olana gücü çatan köməyi əsirgəməzdi.


Həqiqət xanım deyir ki, yayda Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra Tərlan könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib: “Əslində Tərlanla bərabər o biri oğlum Fateh də, dayısı oğlu da, dostları da cəbhəyə getmək üçün könüllü yazılmışdılar. Bu xəbəri eşidəndə dedim, ay Tərlan, sən bu yaşında, dizində də problem, müharibəyə necə gedə bilərsən?Bir neçə il qabaq Novruz tonqalından atılanda Tərlanın ayağı zədələnmişdi, dizinə su yığılırdı. Dizini əməliyyat da etdirmişdi. Hərdən ağrı verirdi. Dedi, yox, ana...”


Oktyabrın 4-ü, ya 5-i Tərlan Atakişiyev döyüş bölgəsinə yola düşür. Manqa komandiri olan Tərlan Atakişiyev Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Yoldaşları deyib ki, bir təpənin başındaydıq, bizə sovqat gətirmişdilər. Bir nəfər döyüşçülərə şirniyyat paylayırdı. Təpədən aşağı enəndə Tərlan irəlidəydi. Qəfil qrad mərmisi düşdü, iki nəfər həlak oldu, biri Tərlan Atakişiyev...


"Tərlanın hər cür əsası vardı ki, müharibəyə getməsin, qalsın. Dizi zədəliydi, yaşı 40-ı ötmüşdü, iki uşaq atasıydı, son zamanlar qızdırması olurdu. Qızdırmalı-qızdırmalı da getdi. Hər yerdə dostu-tanışı vardı. Şirkət direktoruydu. İstəsəydi qalardı, amma istəmədi...”,- anası deyir.

Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə leytenant Atakişiyev Tərlan Dərgah oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.