2021/09/Untit-1632762715.jpg

line
Adı: İdrisov
Soyadı: Xəyal
Ata adı: İbrahim
Doğum tarixi: 24.02.2000
Şəhid olub: 10.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. İl yarımlıq hərbi xidmətindən sonra da müddətdən artıq qulluqçu kimi şərəfli vəzifəsini davam etdirib.



Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəyal İdrisov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.



Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdi...