2021/05/13045-1621353151.jpg

line
Adı: Baxşəliyev
Soyadı: Natiq
Ata adı: Saleh
Doğum tarixi: 07.07.1980
Şəhid olub: 20.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Onlardan biri də Natiq Baxşəliyevdir.

Natiq Saleh oğlu Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.