Elşən hərbi xidmətini başa vurduqdan sonra maşın təmiri ilə məşğul olub, boş vaxtlarında isə kənd təsərrüfatında çalışıb.
2020-ci ilin sentyabrın 21-də qismən səfərbərlik zamanı Elşən də hərbi xidmətə çağırılıb. Tərəddüd etmədən çağrışa qoşulub. Mingəçevir şəhərində hərbi hissələrin birində atıcı kimi xidmətə başlayıb. Sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlayanda o da savaş meydanına atılıb. Burada da qoçaqlığı və qorxmazlığı ilə fərqlənib. Atası ilə telefonla danışarkən
“Dığaların anasını ağladırıq, inşallah hər şey yaxşı olacaq!”, deyib.
Döyüşün ilk günlərində – sentyabrın 30-da Elşən ayağından yüngül yara alıb. Evlərində heç kimə xəbər vermədən 4 gün hərbi hissənin xəstəxanasında müalicə aldıqdan sonra yenidən yoldaşlarının yanına qayıdıb. Atasına söz verib ki, oktyabrın 16-da onunla danışacaq. Lakin dediyi sözü tuta bilməyib...
Tapqaraqoyunluda döyüşə başlayan cəsur Elşən Suqovuşanda oktyabrın 14-da boynunun arxasından minamyot qəlpəsindən aldığı yaradan şəhid olub. Böyüyüb boya-başa çatdığı kəndin qəbristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidetinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Elşən Faiq oğlu Əlizadə ölümündən sonra
“Vətən uğrunda” medalı, 29.12.2020-ci il tarixli Sərəncamla
“Suqovuşanın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamla isə
“Cəsur döyüşçü” medalı ilə təltif edilib.