Azərbaycan Ordusunun əsgəri olan Həndi Əliyev 2020-ci il sentyabrın 27-dəbaşlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşub.
13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
16 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Həndi Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həndi Əliyev ölümündən sonra
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.