2021/05/14953-1621361262.jpg

line
Adı: Niftəliyev
Soyadı: İlyas
Ata adı: Güloğlan
Doğum tarixi: 12.04.1999
Şəhid olub: 14.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Qusarın Bədirqala kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan leytenant İlyas Niftəliyev arzusuna çatdı. Vətən torpaqlarını düşməndən azad etməklə şəhadətə yüksəldi.

İlyas Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olub.

İşğal altında olan ərazilərimizi azad görmək arzusunda olan İlyas bu səbəbdən peşəkar hərbiçi olmaq qərarına gəlib. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən 21 yaşlı gənc XTQ-in tərkibdə xidmətə başlayıb.

Azərbaycan Ordusunun leytenantı olan İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qəhrəman döyüşçü kimi Murovdağ zirvəsi, Cəbrəyıl rayonu və Hadrut qəsəbəsinin azad edilməsində əsl fədakarlıq nümayiş etdirib. .27 sentyabrda Vətən müharibəmizin başlaması İlyas Niftəliyev üçün sanki çoxdan gözlədiyi an idi. İlyas Niftəliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.

İlyas Niftəliyev 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Şəhid Niftəliyev Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Şəhidin anası İradə Niftəliyeva: "Ən böyük arzun nədir? Deyirdi mama şəhid olmaq. Deyirdim demə elə mama pis olur. Deyirdi yox mama ən böyük arzum şəhid olmaqdır"

İlyas Niftəliyevin atası Güloğlan kişi də birinci Qarabağ müharibəsinin iştirakçılarındandı. Güloğlan Niftəliyev danışmağa çətinlik çəksə də, oğlu ilə qürur duyduğunu deyir. O, deyir ki, bizim yarımçıq missiyamızı indiki nəsil böyük zəfərlə tamamladı.