2021/05/memme-1621366062.jpg

line
Adı: Məmmədov
Soyadı: Səbuhi
Ata adı: Hümbət
Doğum tarixi: 06.03.1995
Şəhid olub: 01.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur.

Səbuhi Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub.

2001-2012-ci illərdə S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində təhsil alıb.

Səbuhi Məmmədov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Səbuhi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Səbuhi Məmmədov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb.Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.