2021/05/Scree-1621409904.jpg

line
Adı: Əhədzadə
Soyadı: İmaməli
Ata adı: Şəvəqqət
Doğum tarixi: 24.08.1997
Şəhid olub: 04.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Döyüşdə fərqlənməyə görə» medalı
"Onun haqda heç kim burda bir şey paylaşmayıb”. Bu sözləri Lənkərandan şəhidlərindən biri İmaməli Əhədzadənin xalası oğlu Nihad Məmmədov sosial şəbəkədə qeyd edib. O, İmaməlinin uşaqlıqdan hər zaman vətənpərvər olduğunu yazıb:

"Uşaqlıqdan vətənpərvər idi. Nə vaxt baxırdım "Sunqurlar”, "Söz” və s. bu kimi vətənpərvərlik seriallarına baxırdı. Aprel döyüşlərində də olmuşdu. Vətən Müharibəsində ilk hücuma keçən taborda idi. Döyüş zamanı tabordan tək sağ çıxıb və düşmənin yerlərini bilib. 2-ci tabora qoşulur, düşmənin yerlərini deyib və əsgər yoldaşları beləcə yenə də hücuma keçiblər. "

Onun döyüş yoldaşlarından biri danışır:

"Füzulidə çox çətin bir yerdə idi döyüşümüz. İmaməli filmlərdəki kimi çox peşakar döyüşürdü. Gözündə heç qorxu yox idi, hamıdan qabaqda gedirdi. Bir nöqtəyə çatanda nişançılar çıxdı qarşımıza. Snayperlərdən qorunmağa çalışanda əsgər yoldaşımızın biri vuruldu. Snayperə görə çıxa bilməsək də, İmaməli gözünü qırpmadan şahmat üsuluyla qaçaraq düz snayperin üstünə hücum etdi. Biz də o müddətdə yaralı əsgərimizi təhlükəsiz yerə çəkib gətirdik. Amma İmaməli snayper gülləsinə tuş gəldi. Snayperə çox yaxınlaşdığı üçün onlar qaçmağa çalışdılar, ancaq onları vurduq. Güllə İmaməlinin boğazından tutmuşdu, ona görə də ona kömək edə bilmədik. İmaməli snayperin üstünə getməsəydi, bəlkə də xeyli itki verərdik. Düşmən artıq çox qorxmuşdu çünki heç gözünü qırpmadan snayperin üstünə qaçaraq gələn igidimizi görmüşdü”.

İmaməli Əhədzadə 24 yaşında ailə qurmuşdu. Hər kəslə yola getdiyi üçün hamı tərəfindən də daim sevilirdi. Oktyabrın 4-ü vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı”.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər İmaməli Əhədzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməli Əhədzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.