2021/05/Scree-1621410281.jpg

line
Adı: Əliyev
Soyadı: Mirağa
Ata adı: Musa
Doğum tarixi: 29.08.2000
Şəhid olub: 29.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Mirağa Musa oğlu Əliyev Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə alıb.Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil alıb. Evin tək oğlu idi.

Atası Musa Sətdar oğlu Əliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq kəşfiyyat tağımında döyüşmüş və Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Qarabağ veteranı" medalı ilə təltif edilib.

Mirağa 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmışdır. Burada Mirağa quruda xidmət edirdi, yer məxfi idi və o, hərbi silah-sursatı mühafizə edərək xidmət edirdi. Mirağa Əliyev, hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirib.

2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırıb. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşub. Füzulinin alınmasında böyük şücaətləri olub. Füzulinin keçilməz yollarını, erməninin keçilməz postlarını qəhrəmanlıqla keçiblər. Düşmənin arxa cəbhəsinə dəfələrlə keçərək mühüm məlumatlar əldə edib. Döyüş yoldaşlarını mühasirədən xilas edib. Füzuli uğrunda gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alsa da, döyüşə davam edib. Çoxlu canlı erməni qüvvələrini məhv edib. O, 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq şəhid olub. 30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Mirağa Əliyev "Qarabağ uğrunda" medalı ilə təltif edilib.