2021/09/5-1632091392.jpg

line
Soyad: Baxşəliyev
Ad: İnam
Ata adı: Rasim
Doğum tarixi: 20.02.1993
Şəhid olub: 09.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Baxşəliyev İnam Rasim oğlu 1993-cü il fevralın 20-də Cəlilabad rayonu Kovuzbulaq kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İnam Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.