2021/05/Scree-1621413003.jpg

line
Soyad: Ağazadə
Ad: Sənan
Ata adı: Nizami
Doğum tarixi: 01.05.2000
Şəhid olub: 14.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Ağazadə Sənan Nizami oğlu 2000-ci il, may ayının 1-də Lənkəran rayonun Göyşaban kəndində anadan olub. 2019-cu il, iyulun 22-də Vətən torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanan Sənan "Mən əfsanə olacağam!" deyərmiş. Oldu da!

Sənan Ağazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirib. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində Əfsanə Qəhrəman düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib.

Oktyabrın 14-də qəhrəmancasına şəhid olub.

Sənan Ağazadə ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.