Sultanov Zaminəli Nazim oğlu 25 dekabr 1994-cü ildə Saatlının Qara Nuru kəndində dünyaya göz açıb.
Doğulduğu kənddə orta təhsilini bitirdikdən sonra Vətən qarşısında olan borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yollanıb.
Xidməti başa çatdıqdan sonra doğma elinə, ailəsinin yanına dönən Zaminəli bir müddət kənd təsərrüfatı ilə məşğul olub. Lakin qəlbindəki Vətən eşqi onun yenidən orduya qayıtmaq istəyinin yaranmasına səbəb olub.
Valideynləri deyir ki, elə ordu sıralarındə müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlamağa hazırlaşırdı ki, qismət olmadı. Çünki müharibə başlayanda onun da adına çağırış gəlib və səfərbərliklə ön cəbhəyə yollanıb. Füzuli-Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edən Əlizamin sonuncu dəfə oktyabrın 18-də ailəsi ilə əlaqə saxlayıb. 3 gün sonra isə, ayın 21-i şəhid olub.
Qəhrəmanımız "Vətən uğrunda", "Cəsur döyüşçü" Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.