2021/09/Untit-1632652019.jpg

line
Adı: Həsənov
Soyadı: Elvin
Ata adı: Hökuməli
Doğum tarixi: 08.07.1992
Şəhid olub: 22.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Azərbaycan üçün önəmli olan taleyüklü Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!". Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş Elvindir. Saatlının igid oğlu şəhid şəhid Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib. Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub.

Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən Vətən müharibəsinə yola salınıb. Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib.

Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov müvafiq Prezident Sərəncamlarına uyğun olaraq, «Vətən uğrunda», «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.



Vətən müharibəsinin şəhidi haqqında onun qardaşı danışır:

"Qardaşım çox əziyyət çəkib. Biz əvvəldən kasıbçılıqla böyümüşük. Qardaşım işləyirdi, süpürgə satmaqla ailəsinə baxırdı. Atam infarkt xəstəsidir, özüm də həm göz, həm də beyin daxili təzyiqdən əziyyət çəkirəm".

Şəhid qardaşı deyir ki, Elvin müharibəyə getmək üçün çox tələsirdi:

"O, həqiqətən vətənini sevirdi. 28-i Elvinə çağırış gəldi, o da işdən gəlmişdi axşam, dayım oğlu, Cabbar Zeynalov, getdi onun məzarına, onunla vidalaşdı. 29-u qardaşım cəbhəyə yola düşdü".

Elvinin dayısı oğlu da müharibə şəhididir:

"Cabbar sonra şəhid adını aldı. Elvin son danışığında dedi ki, "Cabbarın qisasını aldıq", çox sevinirdi. Bir an belə, qorxmurdu. Həmişə deyirdi, "Ölənlərdən artıq deyiləm ki..." Ondan üç gün sonra 20 oktyabrda özü də şəhid oldu".

Elvin qohum-əqrəbaya, ailəsinə can yandıran oğul olub:

"Keçən il mənim oğlum əməliyyat olunmalı idi, 3 min manat pul lazım idi, qardaşım heyvanlarını satdı, qoymadı ki, balam ölsün, indiki gündə oğlum göydə Allah, yerdə Elvinin sayəsində ayaqdadır..."