Döyüş yoldaşları tərəfindən bu ləqəblə çağırılan Elnur Qəmbərov 8 iyun, 1990-cı ildə Beyləqan rayonunun Şərq kəndində dünyaya gəlib. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. Elnur Qəmbərov vətən qarşısında xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi bu sahədə qulluq etmək istəyib. Amma valideynləri etiraz etdiyi üçün evinə geri qayıdıb.
Şəhid Elnur Qəmbərovun haqqında bacısı Elnurə Hüseynova məlumat verib:
“Elnur layiqli övlad, etibarlı qardaş, gözəl ata və həyat yoldaşı idi. Qardaşım bizim xəbərimiz olmadan müharibəyə getmək üçün könüllü ordu sıralarına yazılmışdı. Biz onu 29 sentyabrda yola saldıq. İlk Ağcabədiyə gediblər. 2 gün orada qalandan sonra Füzuliyə, oradan da Cəbrayıla gediblər. Cəbrayıl azad olunandan sonra Qubadlıya gediblər.
Oktyabrın 24-ü axşam 6-7 radələrində açıq döyüşdə şəhidlik zirvəsinə ucalib. . Yerini demirdi. Bizi həmişə arxayın salırdı ki, narahat olmayaq, o arxadadır. Sən demə Elnur ən öndə imiş. Müharibə getdiyi ərəfədə cəmi 2 dəfə bizlə telefonda danışıb. Sonradan döyüş yoldaşları gələndə mən onlara sual verdim ki, “Bəs nə üçün evlə danışmırdı? Biz heç, ailəlidir, ailəsi ilə danışardı”. Onlar mənə dedilər ki, “Bacı, biz heç birimiz danışa bilmirdik. Vaxtımız yox idi, set yox idi, telefonumuzun enerjisi olmurdu, sönürdü. Gərək yanımıza maşın gələrdi ki, telefonumuz enerji toplayardı”. Silahdaşlarının sözlərinə görə, Elnur deyirmiş ki, “Anamla danışanda kövrəlirəm, döyüşə gedə bilmirəm”. Orada uşaqları üçün çox darıxırmış, əsas da qızı üçün. Bilirsiz mənim qardaşım sakit uşaq olsa da, çox qorxmaz idi. Niyəsə oradan gələnlər qardaşımdan çox danışmır. Bir onu deyirlər ki, Elnura döyüş yoldaşları “pekaşnik” ləqəbi veriblər. Şəhid olanda da deyiblərmiş ki, “pekaşnik” şəhid oldu”.
Elnurə xanım deyir ki, evin tək uşaqları ön xətdən çıxarılan vaxt Elnurun da geri çəkilməsi tələb olunsa da, o geri çəkilməyib. Elnur həmin vaxt işlətdiyi AK silahını PK ilə əvəz edərək deyib ki, “mən bundan istəyirdim”.
Elnur Qənbərov 25 oktyabrda rayonun əksər şəhidlərinin dəfn olunduğu Beyləqan rayonunda “Peyğəmbər ziyarətgahı” adlı yerdə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elnur Qənbərov ölümündən sonra "
Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid qəhrəman həmçinin,
"Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə də təltif edilib.
2016-cı ildə ailə həyatı qurub. 2 övladı var.