2021/05/Ennag-1621453175.jpg

line
Adı: Ənnağıyev
Soyadı: Babək
Ata adı: Oktay
Doğum tarixi: 27.04.1994
Şəhid olub: 07.10.20
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
1994-cü il aprelin 27-də Sabirabad rayon Qasımbəyli kəndində anadan olub. H.Ənnağıyev adına orta məktəbdə oxuyub.2012-ci ildə Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə hərbi xidmətdən qayıdıb. oktyabrın 7-də Füzuli uğrunda gedən ağır döyüşlər zamanı,şəhid olub.

Atasının sözlərinə görə:"Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm."
Həyat yoldaşı Rəmziyyə xanım:"Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı."

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən Babək Ənnağıyev ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.