2021/09/IMG_2-1632812480.jpg

line
Soyad: Tağıyev
Ad: Elnur
Ata adı: Aydın
Doğum tarixi: 10.06.1997
Şəhid olub: 26.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Elnur Aydın oğlu Tağıyev 10 iyun 1997-ci ildə Sumqayıt şəhərində doğulub. Sonradan Xəlfəli kəndinə köçmüşdülər. Elə orta məktəbin son siniflərini də T. Nurullayev adına Xəlfəli kənd tam orta məktəbdə oxuyub bitirib.

2015-ci ildə Milli Orduda xidmətə yollanıb. Əsgərliyini Naxçıvanda kəşfiyyatçı kimi çəkib. İdmanın güləş növü iə məşğul olan Elnur, müxtəlif yarışlarda birinci yerə çıxıb. Onun peşəkar hərbçi olmaq üçün potensial imkanlarını görən türk zabitlər altı aylıq təlimlərə qatılmasına şərait yaradıb. Həmin təlimlərdə yüksək nəticə göstərdiyinə görə Fəxri Fərmanla təltif edilib.

Elnur Tağıyev, 29 sentyabr 2020-ci ildə Fizuli, Cəbrayıl, Qubadlı istiqamətində döyüşlərə qatılıb. 26 oktyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.