Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Cavid İsmayılovdur.
İsmayılov Cavid Asif oğlu 22.10.2001-ci ildə Salyan rayonunun Sarvan kədində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl,Şuşa istiqamətində gedən döyüşlərdə sürücü kimi iştirak etmişdir
Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olan Cavad İsmayılov 17.12.2020-ci ildə idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid İsmayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.