2021/05/12101-1621456661.jpg

line
Adı: İsmayılov
Soyadı: Aqil
Ata adı: Əli
Doğum tarixi: 18.07.1996
Rütbəsi: Leytenant


44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Aqil İsmayılovdur.

Aqil Əli oğlu İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olur.2009 -cu ildə 8-ci sinifi bitirərək Çəmşid Naxçvanski adına hərbi litseyə qəbul olub.3 il təhsil aldıqdan sonra AAHM qəbul olur. 2018-ci ildə leytenant hərbi rütbəsi ilə xidmətinə başlayır.1 il pilotluq kursları keçdikdən sonra XTQ olmaq üçünn davamlı kurslara gedir.Aqil üçün ən ağır kurs Gürcüstan dağ kursu olur, lakin 500 nəfərdən seçilən 40 nəfərdən biri olur, kursu fərqlənmə və sertifikatla bitirir.

Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.