2021/05/13127-1621460984.jpg

line
Adı: Aqşin
Soyadı: Quliyev
Ata adı: Dilavər
Doğum tarixi: 12.12.1996
Şəhid olub: 16.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Aqşin Quliyev də var.

Quliyev Aqşin Dilavər oğlu 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb.

2013-cü ildə orta məktəbi başa vuraraq hərbi xidmətə yollanıb. Aqşin Quliyev gələcək həyat yolunu hərbi xidmətdə olarkən seçib. XTQ-dən hərbi hissəyə gələn zabitlər Aqşinə XTQ kursuna qatılmağı təklif edib. Aqşin kursları uğurla başa vurub və əsgər kimi xidmətinin qalan hissəsinin XTQ də keçib. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016 aprel döyüşlərində böyük şücaət göstərib "İgidliyə görə" medalı ilə təltif olunub.

Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Aqşin Quliyev Hadrutun azad olunmasında böyük şücəat göstərib düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyətə gətirib silah-sursat anbarlarını partladıb bir neçə düşmən hərbçisini öldürüb, 1 nəfər zabitini əsir götürüb. 2020-ci il oktyabrın 16-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən müdafiə mövqelərinin dərinliklərinə irəlləyərək bir neçə düşməni məhv edib qarın nahiyəsindən yaralanmasına baxmayaraq geri dönməyib irəlləyərək ona verilmiş döyüş tapşırığını sona çatdırıb yaralı olmasına baxmayaraq yüksəklikdə pusqu qurmuş düşmən snayperini məhv etməyi bacarıb.

Yaralı olduğundan və çox qan itirdiyindən geri qayıtmağı mənasız sayan Aqşin Quliyev düşmən hərbçilərinə elə oların öz snayper tüfəngi ilə öz mövqələrindən atəş açıb yerini dəyişmək istəyərkən düşmən gülləsinə tüş gəlib və bu qorxmaz çətinliklə böyüməsinə baxmayaraq mərd əyilməz vətən oğlu oktyabrın 16-da canından çox sevdiyi vətən torpağı uğrunda şəhid olub. Şəhidin nəşi ordu qüvvələrimizin bir neçə saat sonra həmin ərazini azad etməsindən sonra tapılıb. Noyabrın 17-də şəhidin cənazəsi 3 rəngli Azərbaycan bayrağına bükülərək doğulub böyüdüyü Sabirabad rayonunun Çiçəkli kəndinə gətirilib və böyük izdihamla dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.