Əliyev Vahıb Ramiz oğlu 24 mart 1997-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Bulduq kənd tam orta məktəbəni bitirib. 2015-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Gəncə, Ağstafa və Qazaxda xidmət keçib. Nümünəvi xidmətə görə bir neçə dəfə hərbi hissə komandirinın tərifnaməsini alıb. Bu ilin sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə yola düşüb.
Yaxın qohumu Elşad Rzayevin dediklərindən:
- Vahıb çox el- obasına bağlı oğul idi. Müharibənin üçüncü günü cəbhəyə getdi. Ona bir iki gün gözləməyini deyəndə, dedi ki, Vətəni qorumaq hər bir azərbaycan kişisinin borcudur. Daha tez gedib düşmənin başını əzmək gərəkdir. Sonuncu dəfə onunla oktyabrın 18-də danışdıq. Dedi ki, Cəbrayıldayıq, bir həftədən sonra başqa istiqamətə gedəcəyik.
Anası Dilfudə xanım:
- Bilərəm ki, mənim igid balam Vətən yolunda şəhid oldu. Onu da bilirəm ki, mənim oğlum da onların içərisində olmaqla bütün şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqlar. Həm də artıq onların ruhu şaddır, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev onların qanını yerdə qoymadı, düşməni torpağlarımızdan birdəfəlik qovub çıxardı. Allah bütün şəhidlərə rəhmət eləsin. Yerləri behişdik olsun.
Onun döyüş dostu Fəridlə də telefon əlaqəsi saxladıq. O, Sabirabad rayonunun Mürsəlli kəndindəndir. O, yaralı olduğu üçün xəstəxanada müalicə aldığını söylədi . Fərid haqqında ağızdolusu danışdı: - O mərd, çevik döyüşçü idi. Biz Cəbrayıl, Zəngilanda olduq. Qubadlıya bir gün idiki gəlmişdik. Düşmənin mərmisinə tuş gəldik.
... Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Əliyev Vahıb Ramiz oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. (ölümündən sonra).
Allah Rəhmət eləsin.
Rauf QARAYEV.