Amid İsaq oğlu Həsənli 1996-cı il yanvarın 21-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Amid Həsənli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Amid Həsənli oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Amid Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.