Əzəl anamız, son anamız olan müqəddəs torpaqlarımız uğrunda qan tökülüb, şəhid olan Vətən oğullarından, ədəbi dildə nə qədər söhbətlər acarıqsa , deyərdim yenə azdır. Qəhrəman şəhidlərimizi həm də təkcə faktlarla deyil, ecazkar və zəngin ana dilimizi möhkəmləndirən, dayanıqlılıq qatan qəlbimizin məhsulu, şeirlərimizlə təqdim edərək xatirlamağımız da təbiidir. Bu dəfəki qəhrəmanımız da elə şair qəlbli, Vətənin həm əvvəlini, həm də sonrasını bizlərə sevdirən, Vətəni vətəndaş olaraq sevən və sevdirmək üçün haqq savaşına cixan ölməz şəhidimiz, Ramil Vüqarəddin oğlu Əliyevdir. Mədəniyyətimizin Paytaxtı Şuşada, Vətən Haqqını öz qanı ilə verən, dilimizin və dinimizin təbliğinə dəstək olan Ramil, , adəit və ənənələrimizə hörmətlə yanaşan din əhli və İmam Hüseyn aşiqi olub.
Kərbəlayi Ramil Vüqarəddin oğlu Əliyev, 1996-cı il, 9 dekabr tarixində Haciqabul rayonunda dünyaya göz acıb. O, Şirvan şəhərindəki Milli Qəhrəman, Nofəl Quliyev adına 9 Nömrəli Tam Orta Məktəbdə orta təhsilə 2002-ci ildə başlayıb. Hər bir azərbayçanlının mənəvi borcu olan Vətən məhəbbəti, bir vaxtlar Ramilin həmin məktəbdə təhsil aldığı illərdən yaranıb. Öncül təhsil ocaqlarından olan Şirvan Şəhər N, Quliyev adına 9 Nömrəli Tam Orta Məktəbin direktor əvəzi, Güllü Rzayevanın ( Qasım qızı) ifadəsi ilə deyəriksə; vətənpərvərlik hissi Ramilin idrak prosesinə, hələ aşağı siniflərdə dərsliklərdən oxuyub- öyrəndiyi şeirlərin təsiri ilə daxil olur. Yuxarı siniflərdə isə , Milli Kurikulum əsasıda qurulan təhsildə Azərbaycan dilini və Tarix tənnlələrini daha çox sevərək mənimsəyən Ramil, Bəxtiyar Vahabzadənin aşağı siniflərdə oxuyub, öyrəndiyi “Bayraq” ,”Şəhidlər” şeirlərini məktəbdə keçirilən tədbirlərdə sonralar daha da ifadəli söyləyir. 2013-cü ildə məktəbin onbirinci sinfini bitirdikdən sonra, idmana marağı böyük olduğu üçün O, sənədərini Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Fizikii Hazırlıq” fakültəsinə verir və Kollecə qəbul olunur. Arzusu, Kolleci bitirdikdən sonra, təhsilini İdman Akademiyasında davam etdrmək olan Ramil, 2015-ci ildə həqiqi hərbi xidmətə yollanır. Bakı şəhəri Pirəküşkül qəsəbəsindəki “N”saylı hərbi hissədə hərbi xidməti dövründə O, “Pulemyot və Snayper atıcılığı” kursunu da bitirir. Ordudan təxris edildikdən sonra, Şirvana qayıdaraq dilimizə böyük məhəbbəti, dinimizə sonsuz eşqi olduğu üçün niyyətində tutduğu, illərlə arzuladığı Müqəddəs Kərbəla ziyarətinə gedir. Müqəddəs Kərbəlayi adını qazanıan və Şirvana dönən Qəhrəmanımız, sonradan müxtəlif yerlərdə çalışır. Halal zəhməti ilə əldə etdiyi qazancının bir hissəsini, xeyriyyəcilik missiyasının həyata keçirməsi üçün sərf edir. Uzun illər Şirvan Mərkəzi Xəstəxanasının, travmatoqogiya şöbəsində tibb bacısı işləyərək onu tək böyüdən anası Xuraman xanıma dəstək olmağa başlayır. Özü atasını yaş yarımlıq olarkən faciəli şəkildə itirən Ramil, kimsəsizlərə pasibanlıq, imkansız və ehtiyac icərisində olan şəxslərə köməkdarlığın təşkilini həyata keçirir. Dini Dövlət Təşkilatlardan birinə üzv yazılan Kərbəlayi Ramil, regionlar üzrə Allah evini ziyarət etmək istəyən zəvvarların Həcc, Kərbəla, Kəbə, Məkkə və Mədinə, o sıradan olan bir çox səfərlərin təşkilinə xidmətlər göstərir. Həm də o, təhsilini davam etdirmək üçün, sənədlərin İdman Akademiyasına verirərək qəbul olunur. Lakin, 2020-ci il sentyabrın 27-dən başlayan Vətən Müharibəsində‐ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab İlham Əliyevin əmri ilə, Milli ordumuzun, düşmən təxribatına qarşı əks hücum əməliyyatında iştirak etmək üçün Ramil, könüllü olaraq sentyabrın 29-dan cəbhəyə yollanır. O, ilk olaraq döyüşlərə cəbhənin Füzuli istiqsmətlərindən başlayır. Kərbəlayi Ramilin döyüş yolları, daha sonra Cəbrayıl, Hadrut, Qubadlı və Laçın rayonlarına qədər davam edir. Cəbhəboyu kənd və qəsəbələrdəki ağır döyüş əməliyyatları keçən qəhrəmanımız, bir çox kənd və qəsəbələrin işğaldan azad edilməsində düşmənlə mübarizələr aparır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində , düşmənə qarşı vuruşaraq mərdliklə və şücaətlərət nümayiş etdirir. Kərbəlayi Ramil, Həqiqi Hərbi Xdməti dövründə yiyələndiyi ixtisssından yaralanaraq, Snayper atıcısısı olmaqla, Vətən Müharibəsində onlarla düşmən qüvvəsini məhv edir. 44 gün davam edən Vətən Müharibəsində, erməni haqsızlığına son qoymaq üçün R. Əliyev, tarixi ədalətin bərpası üçün aparılan döyüşlərdə , düşmənlə üz-üzə, göz-gözə də gəlir.
Döyüş və ömür yollarının tarixini fəxrlə vərəqlədiyimiz Kərbəlayi Ramil , döyüş mövqeyini Şuşa istiqamətinə dəyişərkən , erməni hərbciləri ilə təkbətək savaşlarda da öz şücaətləri və cəsarəti ilə ölümün gözlərinə dik baxır. Belə ki heç bir hərbi texnikanın rolu olmayan Şuşa savaşlarında, Müzəffər Ordumuzun həyata kecirdiyi, Şuşanin erməni işğalından azad edilməsi proseslərində Kərbəlayi Ramil də zəfər bayrağını mübarək edənlərdən biri olur. O, Şuşa döyüşlərində neçə-neçə quduz erməni hərbçiəri ilə yalın əllə , gah dişlə-dırnaqla, gah da süngü- bıçaqla mübarizə aparır. Vətənə sonsuz məhəbbəti Ramilin, düşmənlə daha cəsarətlə mübarizə aparmaasına təkan verir. Digər məsləkdaşları ilə birlikdə Kərbəlayi Ramil, Vətənin Baş tacı olan Şuşa qalasının erməni faşistlərindən azad edilməsində, üćrəngli Azərbaycan bayrağının Suşanın başı üzərinə dalğalandırılacağįna və bir daha enməyəcəyinə əməlləri ilə əsas verir! Ramil, Şuşanın başı dumanlı uca dağlarında, düşmənlə aparıdığı ağır əlbəyaxa döyüşlərdə, son damla qanına qədər vuruşaraq, 2020-ci ilin 5-i oktyabr tarixində, əbədi sevginin ifadəsi olan Şəhidlik Zirvəsini fəth edir! Qəhrəman Şəhidimiz, Kərbəlayi Ramil Vüqarrəddin oğlu Əliyevin cənazəsi , Azərbaycan təbiətinin xəzan dolu payızında, uşaqlıq və gəmclik illərinin məskəni olan Şirvan şəhərinə gətirilərək , Şəhidlər Xiyabanında, son mənzildə torpağa tapşırılır.
Bu günlərdə biz, Zəfər Şəhidimiz Kərbəlayi Ramil Vüqarəddin oğlunun ailəsini ziyarət etdik , Ramilin şərəfli ömür yollarına anası Xuraman İsmayılova və bacısı Gülşən Əliyeva ilə birlikdə nəzər saldıq. Söhbət apararkən, doğmalarının hər ikisi bildirdilər ki, Ramilin ölməz ruhu hər zaman onlarladır! Gözlərinə həsrət və nisgili çökən Xuraman xanım, təkotaqlı mənzilində indi Ramilin xatirəsinə yaradılan guşəsinin və , blokun girişinə vurulan xarirə lövhəsinin təsəllisi ilə hüzur tapir. Ramilin, bir vaxtlar yaşadığı bu kiçik ocaqda hərbi geyimi, fofo şəkilləri, şəxsì əşyaları və üç rəngli Azərbaycan bayrağı ilə bahəm, iri plakatın üzərindən boylanan qayğılı baxışları yet alır. Bu baxışlarda sanki o ; Sizlərə Şuşanın sevincini gətirdim, və Şuşa həmişəlik bizimdir ğözəl anam, əziz bacım !- söyləyir! Xuraman xanım isə, hər zaman olduğu kimi yenə başını dik tutaraq qururla:” Vətən sağ olsun! ‐ deyir.
Zəfəri görməsə də, Zəfərin özünü bizə bəxş edən, Vətən Müharibəsində düşmənlə əlbəyaxa olaraq .qəhrəmanlıqla şəhid olan Ramil, bu gün həm də Şirvan ictimaiyyətinin xatirələrində yaşayır. Xalqımız, Ramilin, onlar üçün etdiyi fədakarlığı unutmur.
Şəhid Əliyev Ramil Vüqarəddin oğlunun xatirəsi tez‐tez, Şirvanın İcra Hakimiyyətinin məsul şəxsləri, Şəhər Bələdiyyəsinin əməkdaşları tərəfindən yad edilir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Rrezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Ramil, Vüqarəddin oğlu Əliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Məkanı cənnət olsun!
HƏMİDƏ FAZİLQIZI
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ