2021/01/16085-3221086870.jpg

line
Adı: Sarıyev
Soyadı: Tural
Ata adı: İsmayıl
Doğum tarixi: 10.05.1993
Şəhid olub: 15.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Cəbrayılın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı

Şəhid Tural İsmayıl oğlu Sarıyev – 10 may 1993-cü ildə Tovuz rayonunun Cirdək kəndində doğulub.1999-cu ildə Hacılar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Tural orta məktəb illərində çalışqan şagird kimi müəllimlərinin sevimlisi olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə yollanan Tural 2013-cü ilin yanvar ayından bir zamanlar təhsil aldığı məktəbdə çalışmağa başlayıb.


O, əsgər olduğu illərdə də komandirlərinin, əsgər yoldaşlarının rəğbətini qazanıb, hərbi hissədə öz nizam-intizamı ilə seçilib. Tural Sarıyev dar gündə hamının köməyinə çatan, gülərüz, sakit təbiəti ilə nəinki Cirdəkdə, ətraf kəndlərdə də yaxşı tanınan, sevimli dost-qardaş olub.


Sentyabr ayının 27-də, səhər saat 06.00-da Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qarabağ torpaqlarından Ordumuzun bölmələrinə və mülki əhaliyə genişmiqyaslı hücumu oldu. Buna qarşılıq verən Azərbaycan Ordusu, bütün cəbhə boyu güclü əks-hücum əməliyyatları başlatdı.


Beləliklə, hələ iyul ayında Tovuza düşmən hücumu vaxtı könüllü cəbhəyə getmək arzusunda olan Tural Sarıyev sentyabrda arzusunu həyata keçirib və könüllü olaraq cəbhəyə yollanıb.


O, ilk hərbi xidmət illərində olduğu kimi, bu dəfə də qısa müddət ərzində yeni tanış olduğu əsgərlərlə dostlaşıb, doğmalaşıb.


Öncə Füzuli və Cəbrayıl rayonu, sonra isə Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Tural  oktyabr ayının 16-da Vətən torpaqlarının azad edilməsi uğrunda qəhrəmancasına şəhid olub.


Şəhidimiz 17 oktyabrda doğma Cirdək kəndində böyük izdihamla torpağa tapşırılıb.


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Tural İsmayıl oğlu Sarıyev “Vətən uğrunda” medalı ilə təltif edilib. O, bu təltifə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə layiq görülüb.