2021/05/Scree-1621512944.jpg

line
Soyad: Rəsulov
Ad: Ağacan
Ata adı: Əfsər
Doğum tarixi: 10.09.1997
Şəhid olub: 08.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Ağacan Əfsər oğlu Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağacan Rəsulov noyabrın 8-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.