2021/05/image-1621514859.jpg

line
Adı: Həsənzadə
Soyadı: Əbülhəsən
Ata adı: Mirzə
Doğum tarixi: 20.08.1997
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Əbülhəsən Mirzə oğlu Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olub. 2 qardaş, 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq ilərini doğulduğu kənddə keçirib.

2003-cü ilin sentyabr ayında şəhid Aydın Əliyev adına Havzava kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Əbülhəsən həm də oxuduğu ərəfədə -2012 Lənkəran İslam Kollecinə (rəsmi mədrəsə) daxil olub və 2014-cü ildə kolleci başa vurub. 2015-ci ilin oktyabr ayında Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə kəşfiyyatçı kimi Vətənə borcunu şərəflə yerinə yetirən Əbülhəsən həmin ildə baş verən "Aprel döyüşləri"nin iştirakçısı olub. Xidmətini 2017-ci ildə başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Bir müddət valideyinlərinin yanında qaldıqdan sonra isə Rusiyaya, əmisinin yanına işləməyə gedib.

2020-ci il sentyabr ayının 27-dən etibarən başlayan 44 günlük II Qarabağ müharibəsi zamanı Əbülhəsən həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlıq tərəfindən çağırılıb və təlimə göndərilib. Müharibənin ilk günündən böyük ruh yüksəkliyi ilə Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak edən Əbülhəsən yüksək şücaət və qəhrəmanlıqlar göstərib. Daha sonra Şuşa istiqaməti uğrunda gedən qızğın döyüşlərdə iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabr ayının 4-də Daşaltı istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazan Əbülhəsən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi həmin ayın 6-da doğulub, boya-başa çatdığı Havzava kəndinə gətirilib və "Seyidlər" adlanan qəbiristanlığda böyük izdihamla dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əbülhəsən Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Əbülhəsən Həsənzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənib və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əbülhəsən Həsənzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.