2021/05/ase-1621520161.jpg

line
Adı: Hüseynov
Soyadı: Azər
Ata adı: Mahal
Doğum tarixi: 01.08.1983
Şəhid olub: 11.12.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
Kiçik Çavuş (MAXE) Azər Mahal oğlu Hüseynov 1 avqust 1983-cü ildə Gədəbəyin Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.

Döyüş yoldaşları danışırlar ki, Azər posta qalxanda həmişə əlidolu gedərdi. Deyirdi ki, həyat çox qısadı. İnsana yaxşılıq qalır...

Şəhidimizin həyat yoldaşı Ceyhunə xanım deyir: "Azər haqqında danışmaq çox çətindir. Kiçik, kasıb bir evdə bu dünyanın ən xoşbəxti kimi yaşamışıq. Mən Azər kimi mehriban ata, mehriban həyat yoldaşı görmədim.
Yaşadığımız ev heç öz evimiz də deyildi. Amma gecə-gündüz bizi xoşbəxt yaşatmaq üçün çalışıb. 13 il evli olmuşuq, amma Azər bir ömrə sığmayacaq sevgi verib..."

Vətən müharibəsi başlayanda Azər də silahına sarılır. Qələbə gününə qədər silahını yerə qoymur. Xüsusən Şuşada ağır döyüşlərdə böyük fəallıq göstərir. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir.

Azər qələbə xəbərini ailəsi ilə bölüşür. O, müharibədən qalib əsgər kimi çıxdı. Amma qisməti şəhidlik imiş... Belə ki, Xocavənddə qalan son düşmən terrorçularına qarşı antiterror əməliyyatı keçirilir. Dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı Azər düşmən snayperi tərəfindən ürəyindən vurulur. Vətəni üçün, torpağı üçün qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Qəhrəman şəhidimiz 13 dekabrda doğulduğu kənddə dəfn edilib.

Ondan geriyə isə Fidan və Aynişan adında iki qızı, Səyyad adında bir oğlu vətənə əmanət qaldı.

Azər Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azadlığına görə" medalları ilə təltif olunub.