2021/05/Scree-1621520238.jpg

line
Adı: Azadlı
Soyadı: Zabil
Ata adı: Tələt
Doğum tarixi: 01.01.1999
Şəhid olub: 30.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Zabil Tələt oğlu Azadlı 1 yanvar 1999-cu ildə Lerik rayonunun Biləvər kəndində anadan olub. 3 bacı, 2 qardaş olmaqla ailədə 7 nəfər olublar. Zabilin uşaqlıq illəri doğulduğu kənddə keçib.

2016-cı ildə şəhid Cəbrayıl Ağayev adına Biləvər kənd tam orta məktəbini əla qiymətlərlə başa vuran Zabil ali məktəbə qəbul olunmağa hazırlaşsa da, həmin il tələbə adını ala bilməyib.



Şəhid Zabil 2017-ci il yanvar ayının 9-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Kəşfiyyat bölüyündə xidmət edən Zabil 3 ay sonra xidmətini Ağstafada, Ermənistan sərhədində davam etdirib. 2018-ci il iyul ayının 2-də xidmətini başa vurduqdan sonra ailəsinin yanına, ehtiyata buraxılıb.



Xidmətini başa vurduqdan sonra Zabil 2020-ci ildə Azərbaycan Kooperasiya Universitetinin ingilis dili (tərcüməçi) fakültəsinə daxil olub. Lakin Tovuz döyüşlərindən çox təsirlənən Zabil sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb.
Zabil Azadlı oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. O, doğulduğu Lerik rayonunda dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Şəhidimiz, həmçinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə üçün "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qəhrəmanımız döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdiyinə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib.