Qurbanov Rəcəb Elşən oğlu 1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub.
XTQ kəşfiyyatçı kimi Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və Murovdağın düşmənlərdən azad edilməsində şücaət göstərib. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
5 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur
Doğulduğu Kələntərli kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra bir sıra medallarla təltif edilib:
- “Cəsur döyüşçü” medalı;
- “Vətən müharibəsi iştirakçısı medalı;
- “Kəlbəcərin azad edilməsinə görə” medalı;
- “Cəbrayılın azad edilməsinə görə” medalı;
- “Füzulinin azad edilməsinə görə” medalı;
- “Şücaətə görə” medalı.