2021/05/IMG-2-1621592449.jpg

line
Adı: Camalzadə
Soyadı: Famil
Ata adı: Hicran
Doğum tarixi: 12.01.1996
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Camalzadə Famil Hicran oğlu 12 yanvar 1996-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. 2002 -ci ildə M.Salmanov adına olan orta məktəbi oxuyub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub.

2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. Əsgərlik illərində vətənpərvər, nizam-intizama riyayət edən, nümunəvi əsgər olaraq, təltifnamələrə layiq görülüb. Famil Sentyabrın 21-də səfərbəylik üzrə vətən qulluğuna çağrılıb. Sentyabrın 27-də ikinci Vətən müharibəsi başlayanda ilk gündən döyüşlərdə olur. Bir çox yerlərin azad olunmasında, Alxanlı, Qaraxanbəyli postlarının alınmasında şəxsən iştirak edib. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildib.