2021/09/et-1632693173.jpg

line
Adı: Hümbətov
Soyadı: İlqar
Ata adı: Vüqar
Doğum tarixi: 13.06.1996
Şəhid olub: 13.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
İlqar Hümbətov 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi çərçivəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub.

Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.