2021/05/18719-1621857151.jpg

line
Adı: Əliyev
Soyadı: İbrahim
Ata adı: Nəcəfqulu
Doğum tarixi: 23.10.1993
Şəhid olub: 24.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovnə qəsəbəsində anadan olub.

Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda N saylı hərbi hissədə ön xətdə xidmət keçib.

Erkən yaşlarında hər iki valideynini itirən İbrahim II Qarabağ müharibəsinə könüllü olaraq sentyabrın 29-dan qoşulub. Silah yoldaşlarıyla birgə Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-ü - ad günündən bir gün sonra Zəngilan uğrunda döyüşlərdə şəhadətə ucalıb.