2021/05/Scree-1621599863.jpg

line
Adı: Bayramov
Soyadı: Əli
Ata adı: Nadir
Doğum tarixi: 24.03.1999
Şəhid olub: 05.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Bayramov Əli Nadir oğlu 1999-cu il, martın 24-də Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. 2006-cı ildə Binəqədi rayonunun 179 saylı tam orta məktəbində 1-ci sinfə daxil olub. Məktəbdə oxuduğu zaman vətənpərvərliyi, mərdliyi, məğrurluğu ilə digər şagirdlərdən seçilib və müəllim kollektivinin, sinif yoldaşlarının sevgi və hörmətini qazanıb.

2016-cı ildə isə həmin məktəbdən məzunu olan Əli 2020-ci ildə hərbi xidmətə yola düşür. O, atasına və dostlarına əgər lazım gələrsə, Vətən uğrunda canını əsirgəməyəcəyini, arzularının içində şəhadətə qovuşmağın ön sırada olduğunu söyləmişdi.

Vətən Müharibəsi zamanı döyüşlərdə böyük mərdlik və qəhrəmanlıq göstərib. Əli Bayramov 2020-ci il,oktyabr ayının 5-i Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Beləcə, arzusuna çatan Şəhidimiz Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin uyuduğu qəbiristanlıqda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.