2021/05/Scree-1621603041.jpg

line
Soyad: Bağırov
Ad: Süleyman
Ata adı: Kamil
Doğum tarixi: 21.05.1995
Şəhid olub: 08.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Süleyman Kamil oğlu Bağırov 21 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kəndin məktəbində alan Süleyman məktəbi bitirdikən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb.

Hərbi xidmət müddətini bitirdikdən sonra evə qayıdıb, ailə həyatı qurub. 2020-ci il, sentyabrın 27-də Vətən Müharibəmiz başlayanda Azərbaycan Ordusunun əsgəri Süleyman Bağırov cəbhəyə yollanıb və Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamıları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.