Quliyev İman Kürdoğlu oğlu 1999-cu il iyulun 11-də Yevlax rayonunda anadan olub.
O, 2019-cu il sentyabrın 16-da hərbi xidmətə çağrılıb.
İman Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Boya-başa çatdığı Salahlı kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İman Quliyev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Soqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.