Məmmədov Səxavət Vahab oğlu 1996-cı il sentyabrın 12-də Ağdam rayonunda dünyaya gəlib.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsində Suqovuşanın, Füzulinin, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Ağdamın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Doğulduğu Ağdam rayonunun Paşabəyli kəndində xatirəsinə bulaq kompleksi açılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.