Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr, 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.
Qələndər Alıyev 2020-ci il, yanvarın 8-də hərbi xidmətə çağırılıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub,Talış-Suqovuşan bölgəsində döyüşüb. 2020-ci il, oktyabr ayının 10-da, elə Talış-Suqovuşan istiqamətində gedən qızğın döyüşlərin birində şəhid olub.
Şəhid Alıyev Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.