2021/09/Tahir-1632374054.jpg

line
Adı: Əliyev
Soyadı: Tahir
Ata adı: Mahir
Doğum tarixi: 20.07.2001
Şəhid olub: 30.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Tahir 2001-ci ilin 20 iyulunda Maştağa qəsəbəsində anadan olub və elə həmin qəsəbədə yerləşən 293 saylı orta məktəbdə təhsil alıb. Ali təhsil almaq arzusunun çox böyük olmasına baxmayaraq Tahir ailəyə kömək etmək üçün oxumağı deyil, işləməyi seçir və ailəsinin dayağı olur. Tahir 2019 - cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Atası Mahir bəy Tahirin hərbi xidmətə çağrılmazdan əvvəl dediklərindən danışıraq deyir ki, elə bil hər şeyi əvvəlcədən hiss edirdi. Əsgərliyə getməzdən bir neçə ay əvvəl deyirdi ki: " Ata , bax, görərsən mən Gəncəyə düşəcəyəm. Murovda xidmət edəycəm . Şəhid olacağam "



Dediyi kimi də oldu...


Gəncədə N saylı hərbi hissədə xidmət göstərən Tahir Vətən müharibəmiz başlandıqda cəbhəyə ilk getməyə yazılan əsgərlərdən olur. O, Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrənanlığı ilə seçilir.
Qəhrəmanlar anadan qəhrəman doğulmur. Onları zaman yetişdirir, mühit formalaşdırır.
Vətən tarixi yazan igidlərimizin sonradan olacaqları dilə gətirməsi bəlkə də onların alınlarına yazılmış müqəddəs yazını bilmələrindən irəli gəlirdi.
Axı, Şəhid yeganə şəxsdir ki, həyatı kimi ölümünü də özü seçir, ölüm ona gəlmədən, o ölümə tərəf gedir.
Tahir də ölümün gözünə dik baxaraq, Vətən yaşatdı.

Şəhidimizin döyüş yolundan danışan kapitan Asim

Quliyev onun cəsarətindən, mərdlik və qəhrəmanlığından fəxarətlə söhbət açır : - " Tahir hər zaman öndə olmağı sevirdi. Çox səmimi və istiqanlı oğlan idi. Döyüş tapşırığını bacarıqlı əsgər kimi yerinə yetirən Tahir və digər bütün Şəhidlərimiz hər zaman bizim qəlbimizdə yaşayacaq"


Azərbaycan tarixində qalibiyyət səifəsi yazan şəhidlərimizin müqəddəsliyi və ucalığını ifadə etmək nə üçün seçilən və deyilən bütün sözlər onların məqamı qarşısında çox zəif görünər.
Çünki Şəhid yeganə bəndədir ki, sanki elə şəhid doğulur və öz məqamına layiq həyat tərzi sürür .
Balacalıqdan dəcəl, lakin şirin bir uşaq olmuş oğlu haqqında Ruhiyyə xanım gülümsəyərək danışır, atdığı hər addımın , dediyi hər kəlmənin bir an da belə olsa gözünün önündən getmədiyini söyləyir.
Tahir hərbi xidmətə gedərkən anasını bərk- bərk qucaqlayaraq demişdi: - Ana , " Şəhid olsam ağlama " Ruhiyyə xanım da oğlunun qəhrəmanlığı müqabilində ağlamağı zəiflik sayır və : " Axı, o mənim üçün hər zaman yaşayır" - deyir.
Min bir arzu və diləklə sevdiyinin evinə gəlin köçməyi arzulayan Şahnaz onun evinə Tahirlə son dəfə görüşmək üçün gəlir : " Hər yerdən onun ətri gəlirdi. Və həmin ətir heç vaxt unutmayacağım bir ətirdir" . "O mənim üçün hər şeydir" deyən - gənc qız :"- İndi o ən uca yerdədir və ona da elə bu yaraşardı" - deyərək hər zaman Tahirlə fəxr edəcəyini söyləyir.

Qardaşı ilə balacalıqdan qürur duyduğunu söyləyən

Tahirin bacısı Fəridə isə onun dinə bağlılığından söhbət açır :
"Tahir bizdən gizlin namaz da qılırdı. Bilmirəm niyə , amma ibadətini gizlədirdi. Namazlarını həmişə vaxtında məsciddə qılırdı. Əsgər gedəndən sonra oruc da tuturdu"
Azyaşlı balaca qəhrəman
Füzuli uğrunda gedən döyüşlərdə Şəhadətə yüksələn Tahir Vətənə oğul olaraq , Azərbaycan tarixinə adını əbədi yazdı.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları ilə Şəhid Tahir Əliyev ölümündən sonra " Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" və " Füzulinin azad olunmasına görə " medalları ilə təltif edilib.
Məqamın qarşısında baş əyirəm, igidim