2021/05/FotoJ-1621632005.jpg

line
Adı: Cəlilov
Soyadı: Xaləddin
Ata adı: Asəf
Doğum tarixi: 13.04.2002
Şəhid olub: 30.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Xaləddin Cəlilovdur. Xaləddin Asəf oğlu Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub.2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu illərdə dürüst, vətənpərvər və intizamlı bir şagird kimi müəllim və şagirdlərin dərin rəğbətini qazanıb.Məktəb illərində rayon, respublika və dünya səviyyəli idman yarışlarında dəfələrlə diplom və medallarla təltif edilib.



2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına qəbul olunmasına baxmayaraq, təhsilini yarımçıq saxlayaraq Vətənin ağır günündə XTQ sıralarında döyüşə yollanıb .

Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.istiqamətində gedən döyüşlərdə savaşıb. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Ə.Cəlilov deyir ki, şəhid Xaləddin Cəlilov Rusiya Federasiyasın Sankt-Peterburq şəhərində anadan olub:



“18 yaşı var idi Xələddinin. 2003-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Azərbaycana, Ağstafa rayonuna köçmüşdülər. 2008-ci ildə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbin rus bölməsinin 1-ci sinifinə gedib. 2019- cu ildə isə məzun olub.



Xaləddin evin tək oğlu idi. Kiçik yaşlarından idmana böyük marağı olub, ailəsi də bunu görürdü. Hər birimiz ona bu sahədə dəstək olduq. Xaləddin qısa vaxt ərzində idman sahəsində həmyaşıdları ilə müqayisədə kifayət qədər uğurlar qazandı. Onun nailiyyətləri ölkə sərhədlərini də aşdı”.

Ələkbər Cəlilov deyir ki, şəhidimiz 2019-cu ildə Cəlilabad rayonunda keçirilən Mübariz İbrahimovun timsalında bütün şəhidlərin anım gününə həsr olunmuş yarışın qalibi olub:



“O, Mübariz İbrahimov kimi qəhrəman olacağını deyirdi. Çox vətənpərvər oğlan idi. Elə həmin ilin iyul ayında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında iştirak etdi. Öz çəkisi üzrə bütün rəqiblərinə qalib gələrək, çempion adını qazandı. 2019-cu ilin oktyabr ayının 18-də Ağstafa rayon icra başçısı tərəfindən ilin idmançısı adına layiq görüldü, fəxri fərmanla təltif olundu”.

“Düşmənin 17 postunu alaraq, ona qan uddurub”.

X.Cəlilov hərbi xidmətini Cəlilabad rayon N saylı hərbi hissədə çəkib:

“Xidmət etdiyi müddətdə özünü nümunəvi əsgər kimi tanıdaraq, kəşfiyyat qrupuna seçilib. Bu il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Xaləddin kəşfiyyat qrupu ilə birlikdə 17 post alaraq, yüzlərlə erməni əsgərini məhv edib.

Murovdağ istiqamətində gedən döyüşlər zamanı ağır yaralanır. Elə həmin istiqamətdə də şəhid olub”.

“Ana, bayrağa bükülüb gəlmək bilirsən necə şərəflidir...”.

Tez-tez telefon etməyi sevməyən şəhid ölümündən əvvəl ailəsi ilə əlaqə saxlayıb:

“Çox zəng etməyi sevməzdi. Zəng edəndə isə “salamatam, narahat olmayın” deyərdi. Sonuncu dəfə anası ilə danışmışdı. Anasına deyib ki, sən bilirsən bayrağa bükülüb gəlmək necə şərəflidir? Heç bir ana bu sözlərə dayana bilməz. Amma fəxr edirik ki, Xaləddin kimi neçə-neçə igidlər böyüdən analarımız var”.