30 ilin həsrətinə ömrünün baharında, gənc yaşında son qoymağı qarşısına məqsəd qoyanlar bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Elə 30 yaşlı şəhidimiz baş leytenant Kənan Süleymanlı kimi...
Vətən müharibəsinin başladığı ilk günlərdən o da cəbhəyə yollandı. Döyüşlər zamanı zabitimiz əksər strateji yüksəkliklərin alınmasında iştirak etdi.
İndi valideynləri gənc döyüşçüdən danışarkən fərəh və qürur hissi keçirirlər.
O, Füzuli və Xocavənd rayonu İstiqamətində gedən döyüşlərədə aktiv şəkildə iştirak edib.
Qəhrəmanımız Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Qalibiyyət gününün elan olunmasından onu saatlar ayırıb.
Qazilərimiz Elçin Mustafayev və Murad Bağırov Vətən müharibəsinin son gününə kimi şəhid komandirləri Kənan Süleymanlı ilə birgə vuruşublar. Elçin Mustafayev və Murad Bağırovun sözlərinə görə, yaralı halda onları səngərdən çıxarsalar da, şəhid baş leytenantımız sona qədər döyüşüb. O, özü şəhid olub döyüş yoldaşlarını xilas etməyi bacarıb...
Qəhrəman zabit Füzuli və Xocavəndin işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.